AZ

XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu

Bakının azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.

Bildirilib ki, 1918-ci ilin bu günündə Azərbaycan korpusunu da özündə birləşdirən Qafqaz İslam Ordusu Bakıya daxil olaraq erməni–daşnak işğalına son qoydu:

"Paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin onların müttəfiqlərinin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi. 107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini dərin minnətdarlıqla yad edirik".

Seçilən
7
15
musavat.com

10Mənbələr