AZ

Azərbaycanda icbari tibbi sığortalı şəxslərin siyahısı genişləndirilir

 Azərbaycanda icbari tibbi sığortalı şəxslərin siyahısı genişləndirilir.

Missiya.Az xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.

Sənəd layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Layihədə vurğulanıb ki, qüvvədə olan qanuna görə Azərbaycan vətəndaşları, ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilirlər.

Təklif edilən dəyişikliklə isə BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə yanaşı, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığortaolunanlar siyahısına əlavə edilirlər.

Seçilən
21
11
missiya.az

10Mənbələr