AZ

Fransanın yeni səfiri Bakıya gəlir

Fransanın

Fransanın Azərbaycana yeni təyin etdiyi səfir Sofi Laqut sabah Bakıya gələcək.

Bu barədə Fransanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfir Azərbaycan Xarici İşlər Nazirinə etimadnaməsinin surətlərini təqdim etdikdən sonra vəzifələrinin icrasına başlayacaq.

Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Ann Buayon olub. O, sentyabrın 1-də Bakını tərk edib.
Seçilən
9
4
reyting.az

6Mənbələr