AZ

Felipe Santos ardıcıl 3 cü turdu fərqlənir STATİSTİKA

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 4-cü tura yekun vurulub. Son turda qapılara 9 qol vurulub. Bu da geridə qalan 4 turun ən aşağı (1-ci tur - 10 qol, 2-ci tur - 15 qol, 3-cü tur - 14 qol) məhsuldarlığıdır. Dörd tur ərzində 23 oyun ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) keçirilib və 48 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 2,08 qol deməkdir. 

Fanat.Az-ın hesablamasına görə, son turda cəmi 4 futbolçu məhsuldar ötürmə ilə yadda qalıb.

Bu mənada ilk turlarda da diqqət çəkən futbolçular fərqləniblər. Konkret, "Araz-Naxçıvan"dan Felipe Santos ilə Ba-Muaka Simakala, "Şamaxı"dan isə Abdulaye Şuaybu ilə Rüfət Abbasov komanda yoldaşlarının qol vurmasına şərait yaradıblar.

Beləliklə, 4 tur ərzində vurulan 48 qoldan 26-na 21 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

Qol ötürmələri üzrə liderlik "Araz-Naxçıvan"ın braziliyalısı Felipe Santosa məxsusdur. O, ardıcıl son 3 turda assistlik edib:

1. Felipe Santos ("Araz-Naxçıvan") - 3

2. Rüfət Abbasov ("Şamaxı") - 2

3. Abdulaye Şuaybu ("Şamaxı") - 2

4. Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 2

4 tur ərzində assisentlik edən futbolçular:

1-ci tur

"İmişli" - "Turan Tovuz": Veysəl Rzayev ("Turan Tovuz") 

"Karvan-Yevlax" - "Qəbələ": Şahin Şahniyarov ("Qəbələ")

"Sumqayıt" - "Kəpəz": Abdul Raşid ("Sumqayıt")

"Sumqayıt" - "Kəpəz": Rüstəm Əhmədzadə ("Sumqayıt")

"Sumqayıt" - "Kəpəz": Ronaldo ("Sumqayıt")

"Zirə" - "Araz-Naxçıvan": İssuf Paro ("Araz-Naxçıvan")    

2-ci tur

"Şamaxı" - "Sabah": Rəhman Daşdəmirov ("Sabah")

"Şamaxı" - "Sabah": Stiv Solvet ("Sabah")

"Şamaxı" - "Sabah": Rüfət Abbasov ("Şamaxı")

"Kəpəz" - "Karvan-Yevlax": Mahamadu Ba ("Kəpəz")

"Kəpəz" - "Karvan-Yevlax": Coy-Sleyd Mikels ("Karvan")

"Turan Tovuz" - "Araz-Naxçıvan": Roderik Miller ("Turan Tovuz")

"Turan Tovuz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan")

"Turan Tovuz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan")

"Qəbələ" - "Zirə": Junior Martins ("Zirə")

3-cü tur

"Sumqayıt" - "Şamaxı": Abdulaye Şuaybu ("Şamaxı")

"Zirə" - "Kəpəz": İssa Cibrila ("Zirə")

"Zirə" - "Kəpəz": Namik Ələsgərov ("Zirə")

"Sabah" - "İmişli": Dioqu Almeyda ("İmişli")

"Karvan-Yevlax" - "Qarabağ": Kadi ("Qarabağ")

"Araz-Naxçıvan" - "Qəbələ": Felipe Santos ("Araz-Naxçıvan")

"Neftçi" - "Turan Tovuz": Enrike Silva ("Turan Tovuz")

4-cü tur

"Kəpəz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan")

"Kəpəz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan")

"Şamaxı" - "Karvan-Yevlax": Rüfət Abbasov ("Şamaxı") 

"Şamaxı" - "Karvan-Yevlax": Abdulaye Şuaybu ("Şamaxı") - 2

Mirağa 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
fanat.az

4Mənbələr