AZ

“Qərbin Belarusa qarşı siyasəti aqressivləşir” - Lukaşenko

“Qərb dövlətlərinin Rusiya və Belarusa qarşı qeyri-dost siyasəti getdikcə aqressiv siyasətə çevrilir”.

Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Razvedçik” jurnalına müsahibəsində deyib.

"NATO Avropanı bu brend altında tələsik silahlandırır, Polşa və Baltikyanı ölkələr isə ağalarını razı salmaq üçün guya müdafiə tədbirləri icad edirlər. Onlardan biri Ottava Konvensiyasından çıxmaq və Belarusla sərhədi minalamaqdır", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
1
missiya.az

2Mənbələr