AZ

Atasını təhqir edən şəxsi öldürməkdə təqsirli bilinən 20 yaşlı gənc HƏBS OLUNDU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəran Ağır Cinayətlər Məhkəməsi İmişli rayonunun Sarıxanlı kəndində baş verən qətl hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.
Məhkəmə 2005-ci il təvəllüdlü təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib və onu səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə 2025-ci il yanvarın 17-də saat 22 radələrində Sarıxanlı kəndində baş verib.
Təqsirləndirilən şəxs atasının mobil telefon vasitəsilə tanışı ilə görüntülü danışığını eşidib və Asif Allahverdiyevin (ad və soyad şərtidir) atasını təhqir etdiyini öyrənib. Qisas almaq niyyəti ilə evin mətbəxindən bıçaq götürərək kənddəki yeməkxananın qarşısına gedib.
Asifi çölə dəvət edib, mübahisə zamanı bıçaqla boyun nahiyəsinin sol tərəfindən vurub. Zədə boyun damarlarını və udlağı zədələyib. A.Allahverdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yanvarın 18-də saat 07:05-də ölüb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib və bildirib ki, qətl niyyəti olmayıb, lakin söyüş və təhqirə görə bıçaqlayıb. O, hadisədən sonra şok vəziyyətinə düşüb və polisə təslim olub. Zərərçəkmişin hüquqi varisi (atası) məhkəmədə şikayətini geri götürüb və barışıq əldə etdiyini bildirib.
Ekspertiza rəyləri cinayətin qəsdli olduğunu təsdiqləyib: Tibbi ekspertiza A.Allahverdiyevin ölümünü ağır zədə ilə əlaqələndirib, psixiatrik ekspertiza təqsirləndirilənin sağlam olduğunu müəyyən edib.
Seçilən
26
4
oxu.az

5Mənbələr