AZ

Paşinyanın açdığı məktəbdə “Azərbaycan bayrağı” qalmaqalı İrəvanda stullardan qorxdular

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Ermənistanda Baş nazir Nikol Paşinyanın açılışını etdiyi məktəbdəki stullar sosial şəbəkələrdə qalmaqala səbəb olub.

Turkustan.az xəbər verir ki, İrəvan mediasının məlumatına görə, stulların rəng çalarlarında “Azərbaycan bayrağının” əks olunduğunu iddia edən ermənilər məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkə istifadəçiləri və bəzi ictimai xadimlər bunu “hörmətsizlik” adlandıraraq hökuməti tənqid ediblər.

Maraqlıdır ki, məktəbin avadanlığı sadəcə rəngarəng təhsil mühitinin yaradılması üçün seçilsə də, Ermənistanda bunu belə şişirdilmiş mübahisə mövzusuna çevirməkdən çəkinməyiblər./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
4
icma.az

5Mənbələr