AZ

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın"boyevik" imiş

Olaylar.az xəbər verir ki, dünən Xankəndidə silahlı insident törədən, 3 polis əməkdaşımızı yaralayan, 3 qumbara partladan və avtomat silahla silahlanmış Karen Avanesyanın separatçı keçmişinə dair yeni faktlar üzə çıxıb.

Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi- VİDEO


Sosial şəbəkələrdə yayılan və Avanesyana aid olduğu deyilən videogörüntülərdə o, əlində silah təlimlərdə iştirak edərkən əks olunub. Həmin vaxt gənc yaşda olan Avanesyanın separatçıların sıralarında Azərbaycana qarşı döyüşdüyü, cinayətlər törətdiyi bildirilir. Hazırda onun 56 yaşı var. Bu isə deməkdir ki, müharibənin ilk illərində - 21 yaşında ikən - Azərbaycan torpaqlarına qarşı vuruşub.

"Yatmış agent" versiyası

Ekspertlər hesab edir ki, Avanesyanın Qarabağda qalmasına imkan verilməsi, Azərbaycanın humanist mövqeyinin nəticəsi olub. Təhlükəsizlik eksperti İlham İsmayılın da dəstəklədiyi versiyaya görə, Avanesyan Rusiyanın xüsusi xidmət orqanlarının "yatmış agenti" ola bilər. O, lazım olan anda hərəkətə gətirilib və bu dəfə Xankəndidə terror törətməyə cəhd edib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Avanesyan əvvəllər Azərbaycan televiziya kanallarına müsahibələr verib, özünü "Azərbaycanın sadiq vətəndaşı" kimi təqdim edib, ermənilərin pisliyindən danışıb, hətta Ermənistana qarşı təhqiramiz fikirlər səsləndirib. İndi isə məlum olur ki, bütün bunlar sadəcə artistlik imiş.

Azərbaycan polisi və hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində Avanesyan çoxsaylı silah-sursata baxmayaraq planını həyata keçirə bilməyib. Onun törədə biləcəyi böyük fəlakətin qarşısı alınıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
2
olaylar.az

4Mənbələr