AZ

“Balıq alarkən, qulağına yox, bu hissələrinə diqqət edin, günah hesab edilən balıq…” AĞA SALAMOV

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Soyuq havaların yaxınlaşması ilə süfrələrdə balığa maraq artır. İmmunitetin möhkəmləndirilməsi, orqanizmin sağlam saxlanması üçün balığın əhəmiyyəti vacibdir.

Qida rasionunda mühüm yer tutan balıq məhsulları mövsümə görə fərqli qida dəyərinə malik olur. Xüsusilə, payız aylarında bəzi balıq növlərinin insan orqanizminə faydası digərlərindən daha üstün hesab edilir. Amma, indi təbii balıq da tapmaq çətinləşib, akvariumda yetişdirilən balıqları dəniz, çay balığı adı ilə satırlar və alıb yedikdə görürsən ki, dadı yoxdur. Təbii balığı necə ayırd etmək olar? Bu mövsümdə ən çox hansı balıqlara üstünlük verilməlidir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis, ekspert Ağa Salamov bildirib ki, balıq çox həssas mövzudur.

A. Salamovun sözlərinə görə, əsas, hansı balığı yox, “balığı haradan alaq” mövzusuna toxunaq. İlk növbədə, balığı aldığımız məkanda buzla təchiz olunan rəflərdə olmasına diqqət etməliyik. Yaydı, qışdı fərqi yoxdur. Bunlar boş şeydir. Hava 14,10 dərəcədə də ola bilər və biz üşüyə də bilərik. Amma balıq üçün əlverişli mühit deyil.

Balıqdan, zəhərlənməmək üçün ekspert vacib detallara toxunub:

“Balıqdan zəhərlənməmək üçün onun təzə olmağına diqqət etməliyik. Çox vaxt vətəndaşlar bunun üçün balığın gözünə və qulağına baxırlar. Balığın qulağına çuğundur suyu da qata bilərlər. Mən dünən Təzə Keşlə bazarından balıq alırdım. İnsanlara diqqət etdikdə, gördüm ki, hamısı balığın qulağına baxır. Bunu ayırd etmək üçün ilk növbədə balığın pullarına baxmaq lazımdır. Balığın pulları keçəlləşməməlidir, tökülməməlidir, pulunu dartdıqda asanlıqla çıxmamalıdır. Eyni zamanda, balığın qarnı şişməməlidir. Balığın və onun qarnının şişməsi tərkibində histamin maddəsinin çox olmasından irəli gəlir. Bu da qida zəhərlənməsinə yol açan maddədir. Bundan əlavə, balığın gözü şəffaf, qəlsəmələri qırmızı olmalıdır. Həmçinin balığa toxunduqda, batıq qalmamalıdır”.

Ağa Salamov balıq növlərindən və onların faydalarından söz açıb:

“Artıq ov mövsümüdür. Balıq bazarları maşallah dolub. Hər çeşiddə balıqlar var. Bəli, süni saxlanılan balıqlar da ola bilər. Bu onun dadından, tamından hiss olunur. Başqa cür bunu hiss etmək mümkün deyil. Xaricdən gətirilən balıqlara gəldikdə isə onların da qida dəyəri yüksəkdir. Çupra balığını xüsusi vurğulamaq olar ki, “dara” adı ilə tanınır. Daha sonra sibas, levrek balığı var ki, bunlar da yağsız və pəhriz üçün hesab olunur. Ümumiyyətlə, balıq yüngül yeməkdir amma immun sisteminin güclənməsi üçün çox vacib elementləri özündə ehtiva edir. Ən başda Omeqa-3, Sink, müxtəlif mineral və vitaminlərlə zəngindir ki, insan orqanizmini qrip və müxtəlif viruslardan qoruyur. Xüsusilə vurğulamaq istərdim ki, farel, skrumbiya – bu balıqların kürək nahiyəsində, dərisinin altında qara hissə var, o da uşaqlarda boy artımına yardımçı olur. Çünki oliqomer zülalı tərkibində yüksəkdir. Oliqomer zülalı quşların dənliyində də olur. Fikir vermisinizsə, quşların balaları necə tez böyüyür. Bunun böyümə səbəbi də oliqomer zülalıdır. Oliqomer zülalı da eyni zamanda balıqların kürək hissələrində qara rəngdə olur və ən çox skrumbiya və farel balıqlarında müşahidə olunur. Həmçinin tuna, salmon balıqlarında da bu zülaldan var”.

Günah hesab edilən, eyni zamanda zəhərli balıqlara da toxunan Ağa Salamov sonda qeyd edib ki, halal-haram məsələsi boş şeydir. Mollalar deyir: “qulağının dibində bir dənə pul tapdıq, halaldır”. Əgər insana zərər vermirsə, təbii ki, yesinlər. Camaat dünyanın ən zəhərli balığı olan fugonu yeyir. Məsələn, mən fuqonu deyərdim ki, haramdır. Çünki, bu balıqdan ildə nə qədər adam ölür. Statistik rəqəm olduğuna görə deyirəm. Skrumbiya, beluqa, asatrin – bunlar adam öldürmürsə, nəyə görə haram olmalıdır? Məsələn, olur ki, balıqlar ağrı hiss edəndə, özlərini qayalıqlara çırpırlar. Bu zaman dəriləri cızılır və ətə müəyyən bakteriya keçə bilər. Bu balıqları təmizləyən zaman admaın əli kəsikdirsə, çirk əmələ gətirir. Bir balaca bakteriya yükü çox ola bilər. Onun da elmi izahı olmalıdır və yeyilə də bilər, heç bir ziyanı yoxdur. Təbii ki, bakteriya yükü biz düşündüyümüz qədər deyil.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
tribunainfo.az

3Mənbələr