AZ

SOCAR ötən il üzrə qazma sahəsində görülmüş işləri açıqlayıb

Bakı. Trend:

Ötən il ərzində qazma təşkilatları tərəfindən 70970 m, ocümlədən 68673 m istismar və 2297 m kəşfiyyat qazma işi aparılıb.47 quyunun tikintisi qurtarılaraq sifarişçiyə təhvil verilib.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)2024-cü ilin hesabatına istinadən xəbər verir.

Bildirilib ki, dəniz sahələrində ümumilikdə 20740 m qazma işigörülüb, bunun 18443 m-i istismar, 2297 m-i isə kəşfiyyat qazmasıolub.

Qeyd edilib ki, 2024-cü il ərzində dənizdə tikinti ilə qurtaran11 quyu sifarişçiyə təhvil verilib. Quru sahələri üzrə 50230 mistismar qazma işi aparılıb, kəşfiyyat qazması olmayıb. 2024-cü ilərzində quruda tikintisi başa çatmış 36 quyu sifarişçiyə təhvilverilib.

Məlumata əsasən, 2024-cü il ərzində dənizdə - “Bulla-Dəniz”,“Günəşli”, “Neft Daşları”, “Qərbi Abşeron” yataqlarında, quruda isə- “Pirallahı”, “Bibiheybət”, “Qaradağ” “Qalmaz”, “Zağlı-Zeyvə”,“Əmirxanlı” və “Sədan” yataqlarında qazma işləri aparılıb.Bunlardan yalnız “Bulla-Dəniz” yatağında istismar (118 nömrəliquyu) və kəşfiyyat (92 nömrəli quyu) qazması, qalan yataqlarda isəancaq istismar qazması aparılıb.

Bildirilib ki, “Kompleks Qazma İşləri” Tresti (KQİT) tərəfindən44177 m qazma işi görülüb ki, bunun da hamısı istismar qazmasıolub. 2024-cü ildə KQİT üzrə kəşfiyyat qazması işləriaparılmayıb.

Qeyd edilib ki, Trest üzrə 41 quyunun tikintisi başa çatmış vəsifarişçiyə təhvil verilmişdir. O, cümlədən “Neft Daşları-Günəşli”İstehsalat Bölümü üzrə 23, “Abşeron” İstehsalat Bölümü üzrə 15,“Sahil” İstehsalat Bölümü üzrə 3 quyu təhvil verilib. Təhvilverilən quyuların hamısı istismar quyuları olub.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr