AZ

Ceyhun Əsgərov: “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Vəziyyətimlə əlaqədar narahatlıq keçirən hər kəsə təşəkkür edirəm. Amma dost saydığım insanlara demək istəyirəm ki, vaxtında sizə işlə bağlı müraciət etdim, heç biriniz iş vermədiniz. Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz. Heç bilmədiniz ki, sizə nə deyəcəyəm…”

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün öncə reabilitasiya mərkəzinə yerləşdirilən Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov deyib.

“Reabilitasiya mərkəzinin rəhbəri, qardaşım heç ondan xahiş etmədən gəldi və mənə dəstək, kömək oldu. Niyə “qardaşım” deyirəm? Beş gün tanıdığım insana qardaş deyirəm. İnsan bir günün içində tanıdığı insanla qardaş da ola bilər. On il dost olub, düşmən də ola bilər. Məndən bu qədər…” – o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
konkret.az

3Mənbələr