Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə yerli nüvə reaktorunun hazırlanması proqramında iştirak üçün müraciətlərin qəbuluna başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kadır "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Biz nüvə enerjisi texnologiyalarının inkişafında yeni addım atırıq. Başlanmış "Yerli nüvə reaktorunun inkişafı" proqramı sayəsində biz enerji təhlükəsizliyimizi gücləndirməyi, xarici asılılığı azaltmağı və "sıfır emissiya" məqsədinə nail olmağa töhfə verməyi planlaşdırırıq", - postda deyilir.
Nazir qeyd edib ki, Türkiyə sənayesi, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK), Türkiyə Enerji, Nüvə və Mədən Araşdırmaları Şurasının (TENMAK), yerli istehsaldan istifadə etməklə Türkiyə universitetlərinin iştirakı ilə yüksək texnologiyalı reaktorlar yaradılacaq.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.