AZ

Bilik Günündə ikiqat BAYRAM – Cibir kəndində müasir məktəb AÇILDI – VİDEO

Bilik Günündə Qusar rayonunun Cibir kəndində yeni, müasir tam orta məktəbin açılışı olub.

264 yerlik yeni təhsil ocağının açılışında Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimov, Qusar icra başçısı Sahir Məmmədxanov, millət vəkili Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarınım rəhbərləri, Quba-Xaçmaz Regional Təhsil idarəsinin rəhbərliyi, ziyalılar, kənd sakinləri, valideynlər iştirak edib. 

Qusar icra başçısı Sahir Məmmədxanov çıxışında yeni məktəbin inşasına 2024-cü ilin fevral ayından başlanıldığını deyərək, burada nümunəvi təhsil üçün hər cür şərait olduğunu bildirib.

Quba-Xaçmaz Regional Təhsil idarəsinin əməkdaşı Murad Qəribov Bizim.Media-ya müsahibəsində köhnə məktəbin qəzalı olduğundan və yeni binada yaradılan şəraitdən danışıb.































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
10
bizim.media

1Mənbələr