AZ

Avropanın ən böyük banklarından biri ABŞ-a "köçür"

NYP: Avropanın ən böyük banklarından biri UBS ABŞ-a köçməyi planlaşdırır


İsveçrənin ən böyük bankı UBS qərargahını Sürixdən ABŞ-a köçürməyi düşünür. Kredit təşkilatının rəhbərləri Donald Trampın ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlar aparır. Bu barədə New York Post mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, UBS strategiyada köklü dəyişiklik etməyə hazırlaşır. Buraya Amerika banklarından birini almaq və ya onunla birləşmə də daxil ola bilər. 162 yaşlı bank İsveçrə tənzimləyicisinin kredit təşkilatı üçün irəli sürdüyü yeni qaydalara görə ABŞ-a köçməyi düşünür.

Seçilən
22
ikisahil.az

1Mənbələr