AZ

“Rusiya Zəngəzur məsələsində Qümridəki kimi davranmaq imkanına malik deyil” - Deputatdan AÇIQLAMA

Rusiyanın Ermənistan üzərindəki təsir imkanları müəyyən qədər məhdudlaşıb.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, əgər Ermənistan Gümrüdə yerləşən Rusiya hərbi bazasını çıxarmaq istəsə, Moskvanın bu məsələdə daha sərbəst hərəkət imkanları var:

“Qümri hərbi bazası Ermənistan-Rusiya münasibətlərinin predmeti olsa da, Zəngəzur dəhlizi tamamilə fərqlidir. Çünki burada Azərbaycanın, Orta Asiyanın, Çinin, Pakistandan tutmuş Qərb ölkələrinin – Böyük Britaniya, Avropa dövlətləri və ABŞ-ın maraqları mövcuddur. Ona görə də Rusiya Zəngəzurda Qümridəki kimi davranmaq imkanına malik deyil”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Rusiyanın Ermənistana təsir imkanları daha çox iqtisadiyyat, açıq bazarlar və siyasi təsir alətləri ilə bağlıdır:

“Ermənistanın iqtisadiyyatı, Rusiya bazarlarına çıxışı və ən əsası siyasi təsir imkanları Moskvanın əlindədir. Ermənistan kilsəsi, həmçinin müxalif koalisiyalar hələ də Rusiyanın ciddi nəzarəti altındadır. Rusiya daxildə gərginlik yaratmaqla hakimiyyətə təzyiq göstərməyə çalışacaq. Biz bu ssenarilərin şahidi olacağıq. Kilsə ilə Paşinyan arasında ziddiyyətlərin, müxalifətin fəallaşmasının artması ehtimaldır”.

Deputat əlavə edib ki, Ermənistan cəmiyyəti ardıcıl şəkildə Paşinyanı dəstəkləməklə Rusiyanın təsirindən uzaqlaşmağa çalışır:

“Erməni xalqı seçkilərdən sonra Paşinyanı dəstəkləməklə Kremlin təsirindən çıxmaq istədiyini göstərib. Hətta Ermənistan Prezidentinin son açıqlamaları da ölkənin artıq Rusiyaya ‘kiçik qardaş’ olmaq istəmədiyini təsdiqləyir. Bu isə Moskvanın arzu etmədiyi, təsir edə bilmədiyi bir istiqamətin formalaşdığını göstərir”.

Seçilən
47
news365.az

1Mənbələr