AZ

Hadrut qəsəbəsində inşa edilmiş məscidə media-tur təşkil olunub

Hadrut qəsəbəsində inşa edilmiş məscidə media-tur təşkil olunub.

APA xəbər verir ki, jurnalistlərə məscid barədə məlumat verilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

O, həmçinin əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.

Qeyd edək ki, məscidin təməlini 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qoyub.

Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

Seçilən
21
6
apa.az

10Mənbələr