AZ

Lukaşenko: “Polşanın sərhədi minalaması Belarus üçün hərbi təhlükə yaratmır” - ÖZƏL

Belarus hələlik Polşanın sərhədi minalamasından birbaşa hərbi təhlükə görmür və özü sərhədi keçmək niyyətində deyil. Olaylar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Razvedçik" jurnalına müsahibəsində bildirib.
"Hazırda xüsusi risk və birbaşa hərbi təhdid görmürük, çünki piyada əleyhinə minalar müdafiə xarakterli silahdır. Üstəlik, qonşularımızın sərhədini dəvət olmadan keçmək planımız yoxdur. Biz səmimi əməkdaşlıq və dostluğa hazırıq, harada bizi gözləyirlərsə, ora gedirik. Amma ora tanklarla yox, traktorlarla gedirik", - deyə Lukaşenko vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr