AZ

Media nümayəndələri Hadrut qəsəbəsində olub

HADRUT, 15 sentyabr. TELEQRAF

Media nümayəndələri Hadrut qəsəbəsində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Prezidentin izi ilə təşkil olunmuş səfər çərçivəsində media nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində açılışını etdiyi məscidlə tanış olublar.

Hadrut qəsəbəsində 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.

Seçilən
23
teleqraf.com

1Mənbələr