AZ

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında ardıcıl ikinci dəfə "Qızıl Buts" qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümündə ən yaxşı bombardir adını qazanaraq "Qızıl Buts"un sahibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Ən-Nəsr" klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 2024/25 mövsümünün "Qızıl Buts" mükafatını komandanın kapitanı ardıcıl ikinci dəfə əldə edib.
"Mükafatı ona klubun sabiq kapitanı və tarixinin ən yaxşı bombardiri Məcid Abdullah təqdim edib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Ronaldu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda iştirak edərək 25 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildən "Ən-Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Seçilən
24
oxu.az

1Mənbələr