"Starlink" peyk rabitə sistemi bütün cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələri (AFU) üçün fəaliyyətini dayandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun komandanı Robert Brovdi məlumat verib.
O, "Telegram" kanalında paylaşım edərək, “Starlink yenidən bütün cəbhə boyu fəaliyyətini dayandırdı” – deyə əlavə açıqlama verib.
Eyni zamanda, "Downdetector" xidmətinin hesabatına əsasən, ABŞ-dən 40 mindən çox istifadəçi "Starlink" sistemində nasazlıqlarla üzləşib.
Oxşar fasilələr İtaliya, Polşa və digər ölkələrdə də qeydə alınıb.