AZ

Limanlarda gəmilərin giriş-çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Bakı. Trend:

Azərbaycanda qeyri-sabit hava şəraiti səbəbindən limanlardagəmilərin giriş-çıxışına tətbiq edilən məhdudiyyətlər aradanqaldırılıb.

Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA)mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Qeyd edək ki, ölkə ərazisində davam edən qeyri-sabit havaşəraiti ilə əlaqədar ötən gün limanlara giriş və çıxışbağlanmışdı.

Bir neçə gündür, ölkə ərazisində dəyişkən hava müşahidə edilir.Hava proqnozuna əsasən, bu gün Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəziyerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalolunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq.Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununaenəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Seçilən
15
az.trend.az

1Mənbələr