AZ

Bu il Azərbaycana 700 min ədədə yaxın smartfon idxal edilib

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 217 milyon 546.4 min ABŞ dolları dəyərində 675 min 164 ədəd smartfon idxal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər baxımından 1.7% və ya 5.1 milyon ABŞ dolları artıb, say baxımından isə 12.4% və ya 95.4 min azalıb. Belə ki, 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə 212 milyon 431.9 min dollar dəyərində 770 min 523 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 548 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 468.7 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 538 min 877 ədəd), Vyetnamdan (128 min 101 ədəd), Hindistandan (7839 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 523 manata, Vyetnamdan 627.3 manata, Hindistandan 933.6 manata, Koreyadan isə 204 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 166.4 min ABŞ dolları dəyərində 898 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya (407 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 315 manat təşkil edib.

Seçilən
9
5
apa.az

6Mənbələr