AZ

Şimali Koreyada "hamburger", "dondurma" və "karaoke" sözləri qadağan edildi

Müəllif:Mehin Qasımova,Banco.az

Şimali Koreya hökuməti “hamburger”, “dondurma” və “karaoke” sözlərini Qərb yönümlü hesab etdiyi üçün qadağan edib.

Banco.az xəbər verir ki, Prezident Kim Çen Inın göstərişi ilə həyata keçirilən təcrübə çərçivəsində sözügedən sözlərin yerli ifadələrlə əvəzlənməsi tələb olunub.

Qərarın Qərb mədəniyyətinin təsirini azaltmaq məqsədi daşıdığı bildirilir.

Müvafiq olaraq, “hamburger” üçün “dajin-qogi gyeopppang” (qiymə ilə qoşa çörək) termini, “dondurma” üçün isə “eseukimo” ifadəsi işlədiləcək.

Qadağa altındakı digər söz “karaoke” “ekranda müşayiət olunan maşınlar” ifadəsi ilə əvəz edilib.

Səlahiyyətlilər vətəndaşları bu yeni şərtləri qəbul etməyə çağırıb.

Seçilən
12
banco.az

1Mənbələr