Bakı. Trend:
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Qızılbuts”unu alıb.
Trend xəbərverir ki, “Əl-Nəsr” – “Əl-Xolud” (2:0) matçından əvvəlportuqaliyalı futbolçuya ötən mövsüm Səudiyyə Pro-Liqasının ənyaxşı bombardiri kimi mükafat təqdim olunub.
K.Ronaldo 2024/25 mövsümündə keçirdiyi 30 oyunda 25 qolvurub.
Qeyd edək ki, hücumçu ardıcıl ikinci mövsümdür, SəudiyyəƏrəbistanı çempionatının ən yaxşı bombardiri olur.