AZ

Azərbaycanlı sənətkarlar Türkiyədə Kültür yolu festivalında iştirak edib

ain.az, Kulis.az saytına istinadən bildirir.

Azərbaycanlı sənətkarlar Türkiyədə "Kültür yolu" festivalında iştirak ediblər.

Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Yaşayan Miras və Mədəni Fəaliyyətlər şöbəsinin Baş direktoru, Qaziantepdə keçirilən "Kültür Yolu" festivalının rəhbəri Selim Terzi bunu bildirib.

O deyib ki, layihə çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əməkdaşlığı mövcuddur: "Kültür yolu" festivalı çərçivəsində Azərbaycandan iştirak edən sənətçi dostlarımızı qarşılayır, qəbul edirik. Səfirliyinizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyət göstəririk".

Qeyd edək ki, baş direktor Azərbaycandan layihəyə ciddi maraq göstərildiyini bildirib.

“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

Uorvik Devis "Harri Potter"in "Professor"unu canlandıracaq

İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradıldı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
kulis.az

2Mənbələr