AZ

Bu yollarda işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Qeyd olunur ki, bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün Mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədir.


Seçilən
45
15
news24.az

10Mənbələr