AZ

Kəlbəcər sakini: Orada yaşamaq bizim borcumuzdur

Bakı, 15 sentyabr, AZƏRTAC

Orada yaşamaq istəyirəm. Qismət olsun, Allah mənə ömür versin, - bu, Onun işidir, - biz verilən ömrü orada yaşayaq. Bu bizim borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Hüseyn Babayev deyib.

O, həmçinin Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb: "Sağ olsun Prezidentimiz, yüz yaşasın, min yaşasın! Onu Allah bizə xalqın qayğısına qalan rəhbər kimi bəxş etdi. Atamızın vəsiyyətini də yerinə yetirdi. Şəhidlərimizin məkanı cənnət olsun, qazilərimizə Allah şəfa versin".

Seçilən
9
5
azertag.az

7Mənbələr