AZ

Çinin Şandun əyalətində uçan naməlum obyektin partladığı deyilir

Yerli sakinlər hadisəni “UNO-nun məhv edilməsi” kimi qiymətləndirirlər...

Poliqon xəbər verir ki, sentyabrın 12-də Çinin Şandun əyalətinin səmasında uçan naməlum obyektin partlayışı qeydə alınıb. Hadisə barədə məlumatı yerli Yangcheng Evening News yayıb. Bildirilir ki, qeyri-adi təzahürü Veyfan və Jicjao şəhərlərinin sakinləri, həmçinin əyalətin şərq bölgəsində yaşayanlar müşahidə ediblər.

Şahidlərin sözlərinə görə, göydə parlaq işıq saçan, məşəl alovuna bənzər bir nöqtə görünüb. Obyekt yüksək sürətlə hərəkət edib və qısa müddət sonra güclü işıq saçaraq partlayış baş verib. Yerli əhali arasında bu hadisənin naməlum uçan obyektin (NLO) vurulması ilə bağlı olduğuna dair fərziyyələr yayılıb.

Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən heç bir açıqlama və ya şərh verilməyib. Partlayışın əsl səbəbi isə hələ də məlum deyil.

Mütəxəssislər qeyd edirlər ki, Çin səmalarında zaman-zaman belə hadisələr qeydə alınsa da, onların mənşəyi barədə dəqiq məlumat verilmir. Bu da ictimaiyyət arasında müxtəlif şayiələrin və ehtimalların yayılmasına səbəb olur.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr