AZ

Trampın müşaviri: Dünya III Dünya Müharibəsinin astanasındadır

Amerikalı pastor və siyasətçi, ABŞ prezidenti Donald Trampın ruhani müşaviri Mark Börns qlobal gərginliyin artmasından narahat olduğunu bildirib.

Ulusal.az xəbər verir ki, Börns Ukraynanın “Espreso” nəşrinə açıqlamasında dünyanın III Dünya Müharibəsinin astanasında olduğunu vurğulayıb:
“Gözümüzün önündə yeni ‘şər oxu’ formalaşır – Çin, Hindistan, Şimali Koreya və Rusiya birləşib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, vəziyyət kəskinləşəcəyi halda ABŞ Avropadakı tərəfdaşları ilə birlikdə ordunun bütün gücündən istifadə etməyə məcbur olacaq:
“Bu, bizim qaçmaq istədiyimiz ssenaridir, lakin artıq zəmin hazırlanıb”, – müşavir bildirib.

Mark Börns eyni zamanda vurğulayıb ki, duanın gücünə inananlar üçün əsas ümid müharibənin qarşısının alınması və münaqişələrin sülh yolu ilə həll olunmasıdır.

Seçilən
18
moderator.az

1Mənbələr