AZ

İki kişi pitona hücum edib yedi

BAKI, 15 sentyabr. TELEQRAF

Hindistanın Kerala ştatında pitona hücum edib onu yeyən iki kişi saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” nəşri yazıb.

Meşə idarəsinin nümayəndələri iddia edirlər ki, onlar pitonu kəndlərinin yaxınlığındakı kauçuk plantasiyasında tapıblar. Onlar ilanı öldürməyi bacarıblar. Bundan sonra kişilər canlını evə gətirib ondan kari hazırlayıblar.

Meşə idarəsinin əməkdaşları axtarış aparıb və ilanın hissələrini, eləcə də hazır yeməyi müsadirə ediblər. Onlara qarşı Hindistanın Vəhşi Təbiətin Qorunması Qanununun pozulması ilə bağlı iş açılıb.

Seçilən
55
teleqraf.com

1Mənbələr