AZ

55 ilin avtomobili inanılmaz qiymətə satılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də 1970-ci ilə aid mükəmməl formada qalmış "Plymouth Road Runner Superbird" avtomobili aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Autoevolution" nəşri məlumat yayıb.
Məşhur 390 at gücünə malik kupe NASCAR yarış avtomobilinin istehsal versiyasıdır.
Nadir görülən "Plymouth Superbird" idman avtomobili çox az istifadə olunub və 55 il ərzində cəmi 12.8 min km yol qət edib.
İndi onun hərracda 250-300 min dollara satılması planlaşdırılır.
Bu xüsusi idman avtomobili 7.2 litrlik 390 at gücünə malik mühərrik və 4 pilləli mexaniki transmissiyaya malikdir. O, 100 km/saata 5.5 saniyəyə sürətlənir və maksimal sürəti 257 km/saata çatır.
Seçilən
21
oxu.az

1Mənbələr