AZ

Naxçıvanda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
30
12
sia.az

10Mənbələr