AZ

Ən zəngin amerikalıların orta yaşı məlum olub

“Forbes” dünyanın ən varlı amerikalıların siyahısına daxil olan milyarderlərin orta yaşını acılayıb.

APA xəbər verir ki, 400 ən varlı amerikalının siyahısına daxil olan milyarderlərin orta yaşı 70-dir.

2025-ci il reytinqinin ən yaşlı iştirakçısı 96 yaşı tamam olan torpaq və ağac maqnatı Arçi Aldis Emmerson olub. Siyahıda yaşı 90-ı keçən 23 nəfər var.

Eyni zamanda, 33 milyarderin yaşı 50-dən aşağı olub. Onlardan 10-nun yaşı 42 və ondan aşağı olub. Reytinqin ən gənc iştirakçısı “Surge AI”nin 37 yaşlı qurucusu Edvin Çen olub.

Sentyabrın 10-da məlum olub ki, dünyanın və ABŞ-ın ən varlı adamları reytinqində dördüncü ildir birinci yeri sərvəti 400 milyard dolları keçən “Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask tutur. İkinci və üçüncü yerlərdə “Oracle” texnoloji şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Larri Ellison (276 milyard dollar) və “Meta”nın həmtəsisçisi Mark Zukerberq (253 milyard dollar) qərarlaşıb.

Seçilən
3
3
apa.az

4Mənbələr