AZ

 Forbes siyahısında ABŞ-nin ən zənginərinin orta yaş 70-dir

Reytinqdə 90 yaşdan yuxarı 23 milyarder yer alıb...

Poliqon xəbər verir ki, “Forbes” jurnalının açıqladığı ABŞ-ın 400 ən varlı adamı siyahısında maraqlı tendensiya müşahidə olunub. Reytinqə daxil olan milyarderlərin orta yaşı 70-dir. Onların arasında 90 yaşdan yuxarı olanların sayı isə 23-ə çatır. Bu fakt ABŞ biznes elitasının yaş nisbətində ahılların üstünlük təşkil etdiyini göstərir.

Siyahının ən yaşlı iştirakçısı bu il 96 yaşlı torpaq və meşə sənayesi maqnatı Arçi Oldis Emmerson olub. O, ABŞ-da uzun illər ərzində geniş torpaq sahələri və meşə təsərrüfatları ilə məşğul olaraq böyük sərvət toplayıb. Emmersonun biznesi əsasən torpaq idarəçiliyi, ağac emalı və təbii resursların istifadəsi sahələrini əhatə edir.

Mütəxəssislər bildirirlər ki, yüksək yaş həddinə baxmayaraq, ABŞ-ın zənginlər siyahısına düşənlərin əksəriyyəti hələ də aktiv biznes fəaliyyəti ilə məşğuldur. Bu isə göstərir ki, təcrübə və uzunmüddətli idarəçilik bacarığı milyarderlərin uğurunun əsas amillərindəndir.

“Forbes 400” siyahısı hər il Amerika iqtisadiyyatının ən güclü şəxslərinin sərvətini və bazardakı mövqelərini əks etdirir. Analitiklər hesab edirlər ki, siyahının yaş göstəriciləri həm də ABŞ biznes mühitində nəsillərarası fərqlərin və varislik məsələlərinin aktuallığını üzə çıxarır.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr