AZ

Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Amerika lideri Donald Trampı açıq və dürüst dialoqa çağırıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Silvanın "The New York Times" üçün yazdığı məqalədə deyilir.

"ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu məqaləni yazmağa qərar verdim. Onilliklər ərzində aparılan danışıqlarda əvvəlcə həmkarlar ittifaqı lideri, sonra isə prezident kimi mən bütün tərəfləri dinləməyi və bütün maraqları nəzərə almağı öyrəndim", - Braziliya lideri vurğulayıb.

Xüsusilə, o, Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətinin legitimliyini etiraf edib, lakin bildirib ki, Vaşinqtonun Braziliya da daxil olmaqla ayrı-ayrı ölkələrə tariflər tətbiq etməsi yanlış dərman resepti yazmağa bərabərdir.

"Çoxtərəflilik daha ədalətli və balanslı həllər təklif edir. Bu yay tariflərin artırılması nəinki yanlışdır, həm də məntiqsizdir. Bu tədbirlərin iqtisadi əsaslandırılmasının olmaması açıq şəkildə göstərir ki, Ağ Evin bu məsələdə siyasi motivi var".

"Cebheinfo.az" 

Seçilən
6
8
cebheinfo.az

9Mənbələr