Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Sentyabrın 10-da Polşanın hava məkanında müşahidə edilən pilotsuz uçuş aparatlarında partlayıcı material olmayıb".
Oxu.Az xəbər verir ki, bunu Polşa XİN-in rəhbəri Radoslav Sikorski "The Guardian"a verdiyi müsahibədə bildirib.
"Maraqlısı odur ki, onların hamısı boş idi. Bu, məni belə bir nəticəyə gətirir ki, Rusiya bizi sınamağa çalışırdı", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, əgər dronlar səbəbindən insanlar yaralansaydı və ya həlak olsaydı, Varşava "daha sərt" reaksiya verərdi.
Nazir hadisədən sonra Polşanın Ukraynadan dronlarla mübarizə üzrə təlim alacağını bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.