Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində komanda-qərargah təlimlərinə başlayıb.
AzPost bildirir ki, donanmanın mətbuat xidmətinin məlumatına görə, təlimlərə 15-dən çox döyüş gəmisi, eləcə də təyyarə və sahil raket kompleksləri cəlb olunub.
Praktiki hissədə Xəzərdə dəniz təsərrüfat fəaliyyətinin əsas ərazilərinin və zonalarının müdafiəsi, pilotsuz kater və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi üzrə hərəkətlərin məşq edilməsi planlaşdırılır.
Ümumilikdə silahların praktiki tətbiqi ilə 25-dən çox döyüş təlimi nəzərdə tutulub.
Bundan əvvəl Xəzər Donanması iyulun sonu və avqustda təlimlər keçirib.