AZ

Polşa NATO qoşunlarının yerləşdirilməsinə razılıq verdi

Polşa prezidenti Karol Navrotski ölkə ərazisində NATO-ya üzv dövlətlərin xarici hərbi bölmələrinin yerləşdirilməsinə icazə verən qətnaməni imzalayıb. Bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

Sənəddə qeyd olunur ki, qərar “Şərq keşikçisi” əməliyyatı çərçivəsində qəbul edilib və respublikanın, həmçinin alyansın şərq cinahının müdafiəsini gücləndirməyə yönəlib. Qətnamənin detalları isə məxfi xarakter daşıyır.

Xatırladaq ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte “Şərq keşikçisi” əməliyyatının başladığını elan edib. Əməliyyat Polşanın hava məkanını Rusiya pilotsuz uçuş aparatlarının pozmasına cavab olaraq həyata keçirilir. Əməliyyata Danimarka, Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla müttəfiq ölkələrin qüvvələri cəlb olunub.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı da əməliyyatın startını təsdiqləyib və Minysk-Mazovetski aerodromuna eniş edən fransız A400 hərbi-nəqliyyat təyyarəsinin görüntülərini yayıb. Təyyarə artıq Polşada yerləşdirilən Rafale qırıcıları üçün silah-sursat gətirib.

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
12
50
xalqqazeti.az

10Mənbələr