Türkiyə Super Liqasında V turun oyunları keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Türkiyə derbisi baş tutub.
"Fənərbaxça" "Trabzonspor"u qəbul edib. Qonaqlar 20-ci dəqiqədə azlıqda qalıb. Okay Yokuşlu qırmızı vərəqə ilə cəzalandırılıb. İlk hissənin sonların Yussuf En-Nesiri komandasına qələbə qazandıran qolu vurub - 1:0.
Qeyd edək ki, "Fənərbaxça" 10 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.