AZ

Türkiyə Superliqası: "Fənərbağça" "Trabzonspor"dan üstün oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Superliqasının 5-ci turu prinsipial qarşılaşma ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, İstanbulda "Fənərbağça" "Trabzonspor"la üz-üzə gəlib.
Oyun "Fənər"in yeni baş məşqçi Domeniko Tedesko üçün ilk sınaq olub.
Matçın artıq 17-ci dəqiqəsində qonaqlar azlıqda qalıblar. Meydan sahibləri say üstünlüyündən yalnız ilk hissənin son dəqiqəsində yararlana biliblər. Ən-Nəsiri hesabı açıb. Bu, qarşılaşmada yeganə qol olub.
Hazırda "sarı mavilər" 10 xalla yarış cədvəlində ikinci pillədə qərarlaşıblar. Bir oyun artıq keçirmiş Trabzon təmsilçisi isə eyni xalla ilk üçlüyü qapayır.
Seçilən
11
oxu.az

1Mənbələr