AZ

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - STATİSTİKA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu ilin iyul ayının 1-dən ölkədə əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, qadağadan sonra ölkədə nikahların sayı azalıb. Bu rəqəm yanvar ayında 4 717, fevralda 3 024, martda 3 465, apreldə 3 747, mayda 4 830, iyunda 5 032, iyulda isə 2694 olub.
Sosioloq Üzeyir Şəfiyev bildirib ki, qohum evliliklərinin qadağa olunması nikahların sayının azalmasına ciddi təsir edib.
O, həmçinin nikahlarının sayının azalmasını gənclərdə ailə institutuna marağın azalması ilə əlaqələndirir.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul aylarında 12 146 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı hər 1 000 nəfərə 2.1-dən 2.0-a düşüb.
Ətraflı süjetdə:
Seçilən
22
5
oxu.az

7Mənbələr