AZ

Formula 1 ə görə Bakıya nə qədər turist gələcək? VİDEO

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Paytaxtda "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqlar sürətlə davam edir. Quraşdırma və söküntü işlərinə yalnız yerli podratçılar cəlb olunub. Təkcə bu il hazırlıqda 2 162 işçi çalışır. Yarış həftəsində bu sıraya 1 500 nəfər də qoşulacaq. Bu il istifadə edilən texnologiyalar sayəsində enerji tələbatı ötən illə müqayisədə 30% aşağı düşəcək.Yarış günlərindəisə Bakıya 12 mindən çox xarici turistin gələcəyi gözlənilir. Rəsmi statistikaya görə, ötən il tamaşaçıların 80%-dən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq sadəcə "Formula-1" ab-havası yaşamaq üçün paytaxta üz tutub. "Formula-1"in açıqladığı rəqəmlərə görə, azarkeşlərin 55%-i Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır. 72% respondent isə isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.Azərbaycan Hotellər Assosiasiyasından bildirilib ki, bu il də "Formula-1" zamanı turizm sektorunda izdiham müşahidə olunur. Hotellərin böyük əksəriyyəti tam bron olunub.Ətraflı Baku TV-nin süjetində:

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
4
demokrat.az

5Mənbələr