"Real" Xabi Alonsonun baş məşqçi təyinatından sonra uğurlu çıxışlarını davam etdirir.
Milli.Az xəbər verir ki, Madird klubu La Liqada ilk 4 oyunun hamısında qalib gəlib.
İspaniyalı mütəxəssis "Real"da bu göstəricini təkrarlayan 5-ci baş məşqçi olub.
Ötən gecə paytaxt klubu "Real Sosyedad" üzərində 2:1 hesablı qələbə qazanıb. Daha əvvəl komanda "Malyorka" (2:1), "Oviedo" (3:0) və "Osasuna"nı (1:0) məğlub etmişdi.
"Real"da La Liqada ilk 4 oyunu qalib gələn sonuncu məşqçi 2009-cu ildə Manuel Pelleqrini olmuşdu. Həmin vaxt Alonso "Real"ın futbolçusu idi.
Daha əvvəl isə eyni uğura Xose Kirante (1929), Enrike Fernandes (1953) və Vanderley Luşemburqo (2005) imza atıb.
Milli.Az