İsrail ordusunun Qəzzanın şimalında Beyt-Han şəhrinin altındakı tunellərdə keçirdiyi son əməliyyatda azı 11 HƏMAS yaraqlısı öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun və ŞABAK-ın birgə bəyanatında deyilir.
Məlumata görə, Beyt-Hanunda kəşfiyyat və hərbçilərin birgə keçirdiyi əməliyyat nəticəsində tunellər də daxil olmaqla HƏMAS-ın qalan infrastrukturu məhv edilib pizza sifarişi
“Hazırda tunellərin içərisində səhra komandirləri də daxil olmaqla 11 HƏMAS yaraqlısının cəsədi tapılıb”, – deyə məlumatda bildirilir.
İsrail ordusu keçən həftə Beyt-Hanunda olan hərəkat yaraqlılarının axtarışı üçün əməliyyata başladığını bildirib.