AZ

Polşa prezidenti NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə razılıq verdi

Polşa prezidenti Karol Navrocki NATO-ya üzv dövlətlərin qoşunlarının ölkəyə yerləşdirilməsinə razılıq verən qətnamə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Şimali Atlantika Alyansına üzv dövlətlərin hərbi qulluqçuları "Şərq keşikçiləri" əməliyyatı çərçivəsində Polşaya gələcəklər.

“Prezidentin fərmanı məxfidir”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşaya 20-yə yaxın pilotsuz uçüş aparatı düşüb. Baş nazir Donald Tusk buna görə Moskvanı ittiham edib. Rusiya tərəfi bunu təkzib edib.
Seçilən
15
5
sherg.az

6Mənbələr