AZ

Ukraynaya görə sözləri çəp gəldi

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Finlandiya Prezidenti Aleksandr Stubb Kiyevdə görüşü zamanı Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonla mübahisə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  mübahisəyə səbəb Ukrayna üçün təhlükəsizlik təminatları olub.

Stubb Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını xatırladıb, Conson bunu şəxsi təhqir kimi qəbul edib və Finlandiya liderini "könüllülər koalisiyasının" hərəkətsizliyinə görə qınayıb.

"Mən bunu sizin qarşınızda deməyə nifrət edirəm, lakin Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri Aİ-yə üzvlük olacaq", - Stubb deyib.

"Bu, sizin də çox vaxtınızı apardı", - deyə Conson ona cavab verib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
5
news.milli.az

7Mənbələr