AZ

Könül Mehdiyeva “Bayern” - “Çelsi” matçına təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Mehdiyeva UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Bayern” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

error: Məzmun qorunur!
Seçilən
7
6
arena.az

10Mənbələr