AZ

Çarli Kirkin qətlində şübhəli bilinən Robinson günahını etiraf etməyib

"Siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən 22 yaşlı Tayler Robinson günahını etiraf etmir".
 
Moderator.az xəbər verir ki, bu barədə Yuta ştatının qubernatoru Spenser Koks "ABC News" telekanalının efirində deyib.
 
"O, istintaqla əməkdaşlıqdan da imtina edir. Amma onun ətrafındakı hər kəs əməkdaşlıq edir. Şübhəlinin otaq yoldaşı da istintaqla əməkdaşlıq edir" , - deyə Koks vurğulayıb.
 
Koksun sözlərinə görə, şübhəli şəxsə qarşı sentyabrın 16-da ittiham irəli sürüləcək.
 
Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da öldürülüb.
Seçilən
25
2
moderator.az

3Mənbələr