İki çəki dərəcəsində keçmiş dünya çempionu Rikki Hatton 46 yaşında dünyasını dəyişib.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadla xəbər verir.
Sentyabrın 14-də səhər saatlarında məşhur britaniyalı boksçunun meyiti Böyük Mançesterdəki evində tapılıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirir. pizza hut
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faciədən bir neçə həftə əvvəl Hatton karyerasını davam etdirmək planlarını bölüşmüşdü.
Peşəkar karyerası ərzində Hatton 45 qələbə qazanıb və üç dəfə məğlub olub.
Telegram kanalımız