AZ

FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

FIFA və UEFA rəhbərləri “Barselona”nın prezidenti Joan Laportanın son açıqlamalarını mənfi qarşıladılar. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

La Liqanın son çempionunun klublararası dünya çempionatına dəvət edilməməsi ilə bağlı turnirin təşkilatçılarını tənqid edən Laportanın sözləri FIFA rəsmilərinin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, kataloniya klubunun rəhbəri açıqlamaları ilə qurumu hədəfə alıb.

UEFA rəhbərliyi isə Laportanın La Liqa oyunlarının İspaniyadan xaricdə keçirilməsi ideyasını bəyənməyib. Bundan başqa, Superliqanın yaradılması ehtimalı ilə bağlı məsələ də tərəflər arasında gərginliyi artırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
qol.az

3Mənbələr